Şəmkirdə sürücü sükan arxasında infarkt keçirib öldü

Şəmkirdə sürücü sükan arxasında infarkt keçirib öldü
Hadisə 70

Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VASZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Sürücünün ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər