Şəkidə avtomobil dərəyə aşdı, ana və qızı yaralandı
Yeniliklərdən dərhal xəbərdar olun
Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, minik avtomobilinin dərəyə aşması nəticəsində avtomobildə olan iki nəfər - Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Arzu Sevindik qızı Məlikova və onun qızı, 2002-ci il təvəllüdlü Səbinə Cavad qızı Məlikova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda Oğuz RMX-da yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çoban Tovuzda tək qalan müəllimi zorladı - Gecəyarısı təcavüz
Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com”a istin...