Şəkidə avtomobil 2 yaşlı körpəni vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Atakişiyev Ümid Rəfail oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub. Ü.Atakişiyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...