Şamaxıda obyekt sahibi barəsində araşdırma başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkarlanıb.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun yaydığı məlumata istinadən xəbər verir ki, “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində polis şöbəsinin istintaq bölməsində araşdırma başlanıb.
Oxşar xəbərlər
Şadlıq sarayının inzibatçısı həbs olunub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin p...