4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı 150 nəfərdən artıq qonağın iştirak etdiyi, bəzilərinin COVID pasportu olmadığı, eləcə də xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub.
Həftəsonu fərdi evlərdə təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun Korarx, Qaradeyin, Yenicə, Ağzıbir, Qobuüstü, Binələr və Qoşaqovaq kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu məşhur şadlıq sarayları barəsində cinayət işi açıldı - SİYAHI - VİDEO
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçiri...