Şəmkirdə bədbəxt hadisə: Nəfəs borusuna düşən xurma gəncin həyatına son qoydu
07
noy
2025
21:00
Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb.
Nəticədə gənc xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...