Şəmkirdə 35 yaşlı qadın BIÇAQLANDI - Şübhəli bilinən qardaşı saxlanıldı
25
noy
2025
23:57
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, rayonun Çinarlı qəsəbə sakini, 1990-cı il təvəllüdlü M.Nəbiyeva bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Qadın əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M.Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən qardaşı, 25 yaşlı Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...