Şəkidə 69 yaşlı kişini maşım vuraraq öldürüb
31
mar
2025
10:32
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndindən keçən hissəsində baş verib.
Belə ki, İsmayıl Piriyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisi...