Səfayə Əhmədovaya yeni vəzifə verildi

12
sen
2019
18:01
Tanınmış jurnalist, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı Səfayə Əhmədova yeni vəzifəyə təyin edilib.Aldığımız xəbərə görə S.Əhmədova İçərişəhər Qoruq İdarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsinə təyin edilib.Səfayə Əhmədova BAKU.WS-ə informasiyanı təsdiqləyib.“Etimad göstərib bu vəzifəyə layiq bildiyi üçün İçərişəhər Qoruq İdarəsinin rəhbərinə minnətdarlığımı bildirirəm”. 12 il Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışdığı dönəmdə mətbuatla səmərəli əməkdaşlıq qurmağı bacaran, peşəkarlığı, davranışları ilə nüfuz qazanan Səfayə Əhmədova 2019-cu il avqustun 16-da həmin işindən öz istəyi ilə ayrılmışdı.Qeyd edək ki, S.Əhmədova Səhiyyə Nazirlyindən əvvəl "Burc Fm" radiosunda, "Space", "Lider" telekanallarında aparıcı, xəbərlər departametinin rəhbəri vəzifəsində, habelə “Kaspi” qəzetində çalışıb. Həmkarımıza uğurlar diləyirik!
Oxşar xəbərlər
Səfayə Əhmədova 13 illik vəzifəsindən ayrıldı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova vəzifəsindən azad edilib.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə S.Əhmədova özü məlumat ve...
