"Sədərək"də biznesmen bıçaqlandı
12
iyn
2026
19:10
"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.
İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.
Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.
Oxşar xəbərlər
Ağcabədidə yol qəzası bir nəfərin ölümü ilə nəticələnib
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə...