Salam üstündə adam öldürdü - 17 il cəza aldı
26
iyl
2019
18:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə bu ilin fevral ayında Sumqayıt şəhərində baş verib. B.Həsənov münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Aydın Seyidovu qətlə yetirib. Məlumata görə, tərəflər arasında yaranan mübahisəyə Tibb kollecinin arxasında olan çayxanada A.Seyidovun B.Həsənova salam verməməsi səbəb olub. Onlar mübahisələrini çayxananın arxasında davam etdiriblər və B.Həsənov kəsici-deşici alətlə onu vuraraq öldürüb.Şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilən B.Həsənov törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.B.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Rayondan Bakıya gəlib "20 Yanvar"da qızını öldərən ataya CƏZA VERİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS APA-ya istinadən xəbər v...