Sabunçuda köməksiz qalan şəxs son anda xilas edildi

Sabunçuda köməksiz qalan şəxs son anda xilas edildi
Hadisə 1351
 

Sabunçu rayonu ərazisində suyun səviyyəsinin artması nəticəsində köməksiz qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda aramsız yağan yağışlar səbəbindən suyun səviyyəsinin artması nəticəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və 1 nəfəri təhlükəsiz əraziyə çıxararaq təxliyə olunmasını təmin ediblər. Əməliyyat saat 13:35-də başa çatıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda film kimi olay: "ZİL" çayı keçə bilmədi, 11 nəfəri FHN xilas etdi

Azərbaycanda film kimi olay: "ZİL" çayı keçə bilmədi, 11 nəfəri FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomob...

2228 Hadisə 11:46 16 oktyabr 2016

Son xəbərlər