Azərbaycanda film kimi olay: "ZİL" çayı keçə bilmədi, 11 nəfəri FHN xilas etdi
16
okt
2016
11:46
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomobilinin və avtomobildə olan 11 nəfər kənd sakininin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri hadisə yerinə cəlb olunaraq çayın ortasında olan avtomobili və vətəndaşları təhlükəsiz əraziyə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 00:27-də başa çatıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda evi su basdı: FHN 3 nəfəri xilas etdi
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətin...