Sabiq MTN generalı şikayətini geri götürüb

Sabiq MTN generalı şikayətini geri götürüb
Hadisə 1185
Keçmiş MTN generalı Sübahir Qurbanov kassasiya şikayətindən imtina edib.BAKU.WS xəbər verir ki, bu gün Bakı Ali Məhkəməsində keçirilən iclasda onunla birgə həbsdə olan MTN polkovnikləri Füzuli Əliyev və Natiq Alıyev də ərizələrini geri götürdüklərini bildirib.Hakim Fərhad Əliyev hər 3 şəxsin istəyinə nəzərə alaraq şikayətə baxılmasına xitam verib.Lakin zərərçəkmiş İlqar Əliyevin nümayəndəsi isə ərizəsini geri götürmədiyini və şikayətinə baxılmasını istədiyini bildirib.Onun iddiası üzrə məhkəmə işinə avqustun 1-də baxılacaq.Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov və F.Əliyev 14 il, N.Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Onların bəraət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etsələr də, apellyasiya şikayətləri təmin edilməyib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Keçmiş MTN generalları cəzaçəkmə müəssisəsinə köçürülüb

Keçmiş MTN generalları cəzaçəkmə müəssisəsinə köçürülüb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübar...

1581 Hadisə 17:51 02 mart 2019

Son xəbərlər