Rusiyada azərbaycanlılar həmyerlilərini döyüb öldürdülər

Rusiyada azərbaycanlılar həmyerlilərini döyüb öldürdülər
Hadisə 1524
 

Rusiyada həmyerlilərini döyərək öldürən 4 azəbaycanlı tutulub. Onlar Moskva ətrafındakı Voskresenski rayon hakiminin qərarı ilə həbs ediliblər. ANS PRESS-in məlumatına görə, bu barədə Moskva vilayət məhkəməsinin saytında məlumat verilib.

Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Tağıyev, Əlizadə, Əliyev və Mustafalı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi üzrə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham ediliblər.  Məhkəmə onlar barəsində qeyd edilən maddə üzrə həbs qətimkan tədbirini seçib.

Yazıda qeyd olunur ki, iyunun 25-da şübhəli şəxslər bazarda olarkən öz həmyerlilərini döyüblər. Ağır xəsarət alan şəxs ölüb. Vəsatətə baxılarkən məhkəməyə onların xarici ölkə vətəndaşları olduğu, Rusiya Federasiyasında yaşayış yerləri və gəlir mənbələri olmadığı barədə məlumat təqdim edilib.

BAKU.WS

Oxşar xəbərlər

Cavid Hüseynova 4 il hökm oxundu

Cavid Hüseynova 4 il hökm oxundu

Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü barədə cinayəti bilib gizlətməkdə təqsirləndirilən "Qəbələ " futbol klubunun sabiq kapitanı Cavi...

1898 Hadisə 12:06 31 may 2016

Son xəbərlər