Rus səfirini öldürən türk polisi əvvəlcə fahişə ilə görüşüb - Gizlin görüntülər yayıldı – VİDEO

Rus səfirini öldürən türk polisi əvvəlcə fahişə ilə görüşüb - Gizlin görüntülər yayıldı – VİDEO
Video
Hadisə 5012

Ankarada öldürülən Rusiya səfiri Andrey Karlovun qatili Mevlüt Mertlə bağlı yeni məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, Mevlüt Mert cinayəti törətməmişdən bir gün əvvəl xəstəxanaya gedərək səhhətində problemlər olduğunu əsas gətirib və bir günlük işdən icazə kağızı alıb.

Daha sonra Mevlüt Mert sui-qəsdi həyata keçirmək üçün planlar qurur. O, Ankarada keçirilən sərgi binasına yaxın ərazidə otel tutur. Həmin otelə gedərkən şirniyyat dükanından paxlava aldığı da müşahidə kameraların düşüb. Onun sərnişin avtobusundan və taksidən istifadə etdiyi kameralara düşüb.

Bundan başqa, Mevlüt Mert terror hadisəsini törətməmişdən əvvəl tanıdığı rus əsilli fahişə ilə görüşüb. Həmin qadın Natalya Vladimirovna Loginova olduğu müəyyən edilib. Cinayət işinə əlavə kimi həmin qadın dindirilməyə cəlb edilib.

Qadın dindirilmə zamanı qeyd edib ki, həmin gün Mevlüt Mert ilə həqiqətən də görüşüb və cinsi münasibətdə olub.

“Həmin gün məni çağırdı. Cinsi əlaqəyə girmək üçün mənə 250 dollar verdi lakin 30 Türk liresi (5 dollar) çatmadı. Mənimlə münasibətdə çox sakit idi. Onun narkotikin təsiri altında olduğunu ehtimal edirəm”, - deyə Natalya Loginova bildirib.

Qadınla münasibətdə olduqdan sonra Mevlüt Mert xidmət apardığı polis şöbəsinin yanındakı silah dükanına girib. O, dükandan tapança üçün iki daraq və güllələr alıb.

Dükanda onun video görüntüləri yayılıb. Videodan da göründüyü kimi Mevlüt Mert satıcıdan güllələri və daraqları alıb, ona pul ödəyir.

Araşdırmalar zamanı həmin vaxt Mevlüt Mertin 305 türk lirəsi (54 dollar) xərclədiyi məlum olub.

O, qətli törətdikdən sonra məhv edilib. Mevlüt Mertin meyitinin yanında dükandan aldığı 2 tapança darağı və 75 tapança gülləsi tapılıb.

Qeyd edək ki, 2016-cı il dekabrın 19-da Rusiya səfiri Andrey Karlov Ankarada keçirilən sərgi zamanı öldürülüb. Andrey Karlovun karyerasına nəzər yetirdikdə onun tanınmış siyasətçilərdən biri olduğu aydın görünür.

A. Karlov heç vaxt mühafizə xidmətindən və zirehli avtomobildən istifadə etməyib. Bunun səbəbini soruşduqda isə, o maraqlı cavab verirmiş:

“Mənə kimsə bir şey edə bilməz”

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər