Rövşən Lənkəranskinin 17 il öncəki görüntüləri ortaya çıxdı (VİDEO)

Rövşən Lənkəranskinin 17 il öncəki görüntüləri ortaya çıxdı (VİDEO)
Video
Hadisə 6051

Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

BAKU.WS-in məlumatına görə, videodan görünür ki, Rövşən Lənkəranski toyda dost-tanışları ilə rəqs edir.

17 il əvvəl çəkilən video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İnsanların daha çox diqqətini "Qanuni oğru”nun ədəb-ərkanla rəqs etməsi, ətrafındakı insanlara hörmətlə yanaşması çəkib.

Xatırladaq ki, 2016-cı il avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində R.Lənkəranski otellərdən birində keçirilən toplantıda iştirak edib və "90-ND-011" dövlət qeydiyyat nişanlı avtomobillə oradan ayrılarkən naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Rövşən Lənkəranski hadisə yerində həyatını itirib.

BAKU.WS

Son xəbərlər