Rəis maşını aşırdı, özü öldü: içkili imiş və... - TƏFƏRRÜAT
18
okt
2018
15:53
Dünən Cəlilabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.Rayonun Qarazəncir kəndində idarə etdiyi "VAZ 2121-Niva” markalı atomobilin qəzaya düşməsi nəticəsində vəfat edən 1958-ci il təvəllüdlü Qubadov Füzuli Saran oğlu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəlilabad şöbəsinin rəisi olub. Yaxınlarının bildirdiyinə görə, F.Qubadovun maşın sürmək təcrübəsi çox olmayıb. Belə ki, dünən onun sürücüsünün başqa işi olduğundan şöbə rəisi özü maşını sürərək evə qayıtmaq istəyib. O, kəndin içində, o qədər də sərt olmayan döngədə maşını aşırıb və hadisə yerindəcə keçinib.Məlumata görə, F.Qubadov bir müddət əvvəl ürək əməliyyatı keçirib və onun ürək damarlarına stend qoyulub. Bu yaxınlarda o, açıq ürək əməliyyatı keçirməyi planlaşdırırmış. Yaxınları hadisə vaxtı F.Qubadovun ürəyində problem yaranmasını və sükan arxasında vəfat etməsini də istinad etməyiblər.O da məlum olub ki, hadisə vaxtı F.Qubadov spirtli içkinin təsiri altında olub. Faktla bağlı raşdırmalar davam etdirilir.Publika.az
Oxşar xəbərlər
Baş nazirdən YENİ QƏRAR
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib. BAKU.WS xəbər verir ki, bu barədə “Xalq qəzeti” məlumat verib.Bildiri...