Azərbaycanda dəhşətli qəzaya düşən vəzifəli şəxs öldü
İyunun 18-də Daşkəsəndə baş vermiş ağır yol qəzasında yaralanan vəzifəli şəxs vəfat edib.
BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, həmin gün Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində "Hundai Sonata" ilə "Niva" markalı avtomobilın toqquşması nəticəsində ağır xəsarət alan Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğlu 2 aya yaxın davam edən müalicə prosesinə baxmayaraq vəfat edib.
Qeyd edək ki, F.Cəfərli hadisə vaxtı "Niva”nın sükanı arxasında olub. Hadisə vaxtı maşında onun yaxın dostu YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğlu ilə onun həyat yoldaşı, gəlini və nəvələri də olub.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda avtomobil qəzasına düşmüş vəzifəli şəxs vəfat edib
Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Daşkəsən rayon şöbəsinin müdiri dünyasını dəyişib. "Report"un Qərb bürosunun məlumatına görə, iyun ayının 18-də Gəncə-D...