İran gəmisinin Azərbaycan sahilində batma anı - VİDEO
27
iyl
2019
09:31
Ötən gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. BAKU.WS-in məlumatına görə, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.Batan gəminin görüntüsünü təqdim edirik:
Oxşar xəbərlər
İran gəmisinin batma səbəbi açıqlandı
“İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub”.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açılamasında Dövlət S...