FHN və DSX itkin düşmüş iranlı dənizçinin axtarışına başladılar
26
fev
2018
12:50
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) itkin düşmüş iranlı dənizçinin axtarışına başlayıblar.BAKU.WS-in FHN-ə istinadən verdiyi məlumata görə, 25 fevral 2018-ci il tarixində axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin (Xəzər dənizinin Azərbaycana aid olan hissəsində olarkən) 1 nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub. Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.Fevralın 26-da səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.BAKU.WS
Oxşar xəbərlər
Helikopterlər dağda yoxa çıxan alpinistlərin axtarışlarına başladı (FOTO)
Fövqəladə Hallar Nazirliyi (FHN) azərbaycanlı alpinistlərin itkin düşməsi barədə məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə məlumatda bildirilib ki, dekabrın 26-da naz...