Xəzərdə batan İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib - YENİLƏNİB
26
iyl
2019
16:39
Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzər dənizində batması ilə bağlı məlumat yayıb.DSX-nin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.***15:20Bu gün saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.Bu barədə Dövlət Dəniz Agentliyindən BAKU.WS-ə bildirilib.Qeyd edilib ki, qərargah tərəfindən FHN-nin 2 helikopteri və Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib.Xilasetmə əməliyyatları həyata keçirilir.
Oxşar xəbərlər
Qara dənizdə azərbaycanlı gəmi kapitanının cəsədi tapıldı
Qaradənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında qəzaya uğrayan Panama bayrağı altında üzən “Volgo Balt 214” gəmisi ilə bağlı Türk Silahlı Güvənlik Hərəkət Mər...