İran gəmisinin batma səbəbi açıqlandı
26
iyl
2019
22:59
“İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub”.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açılamasında Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisinin komandiri Nəhməd Quliyev deyib.Onun sözlərinə görə, gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub.“Dərhal hadisə yerinə yollandıq. Fırtınalı hava şəraitinə baxmayaraq, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edildi. Onlar arasında xəsarət alan yoxdur. Gəmi isə bir neçə saat sonra batdı”, - deyə komandir bildirib.N. Quliyev onu da əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır: “Heyətin yeddi nəfəri iranlı, iki nəfəri isə hindistanlıdır”.
Oxşar xəbərlər
Xəzərdə xilas edilən İran dənziçiləri Bakıya gətirildi - FOTO
Xəzərdə batan İran gəmisinin heyət üzvləri Bakıya gətirilib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, onlar Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi vasitəsilə...