“İrşad Electronics”in rəhbəri İNTİHAR EDİB – RƏSMİ

“İrşad Electronics”in rəhbəri İNTİHAR EDİB – RƏSMİ
Hadisə 15222

Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Bu barədə BAKU.WS-ə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğundan BAKU.WS-ə bildirdilər ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.

“İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, - deyə məlumatda bildirilib.

Ziya SƏCCAD

BAKU.WS

Oxşar xəbərlər

“İrşad Electronics”in rəhbəri vəfat edib - FOTO

“İrşad Electronics”in rəhbəri vəfat edib - FOTO

“İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyev vəfat edib.BAKU.WS-in məlumatına görə, tanınmış iş adamı bu gün axşam saatlarında ürək çatışmazl...

29269 Hadisə 23:46 14 sentyabr 2018

Son xəbərlər