Qızılağac Milli Parkı ərazisində yanğın olub

Qızılağac Milli Parkı ərazisində yanğın olub
Hadisə 693

Ötən gün saat 21:30 radələrində Qızılağac Milli Parkı ərazisində yanğın baş verib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti BAKU.WS-ə verilən məlumat verib.

Verilən məlumata görə, hadisə Kiçik Körfəz sahəsində yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə dərhal Milli Parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Yanğın su akvatoriyasının daxilində olan qamışlıqda baş verdiyindən texnikanın əraziyə keçməsində çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilib.

Görülən operativ tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb.

Yanğın nəticəsində bir neçə hektar qamış örtüyü yanıb.

BAKU.WS

Oxşar xəbərlər

Lerik meşəsində yanğın söndürülüb

Lerik meşəsində yanğın söndürülüb

3 avqust 2018-ci il tarixində saat 13:00 radələrində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin Lerik meşəbəyliyində yanğın...

835 Hadisə 20:36 03 avqust 2018

Son xəbərlər