Qubada "QAZel" dərəyə aşdı: xəsarət alan var
01
okt
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.
BAKU.WS axar.az-a istinadən xəbər verir ki, "QAZel" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İcarəyə maşın götürdü, ehtiyat hissələrini sökərək satdı
İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxlayıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. A...