Quba sakinində odlu silah tapıldı

Quba sakinində odlu silah tapıldı
Hadisə 338

Quba rayon Polis Şöbəsinin Qonaqkənd polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Silah satarkən tutuldu - FOTO

Silah satarkən tutuldu - FOTO

Astara sakini odlu silah satarkən saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin ə...

251 Hadisə 12:20 07 yanvar 2020

Son xəbərlər