Qısqanc Şamaxı sakini qonşusunu bıçaqladı - VİDEO
21
avq
2017
23:15
Şamaxıda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS ARB-yə istinadən xəbər verir ki, Şəhriyar qəsəbə sakini 35 yaşlı Anar Qarayev aralarında baş verən dava zamanı qonşusu, 39 yaşlı Laçın Xeyrullayevi bıçaqlayıb. Laçın Xeyrullayev döş qəfəsi və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Vəziyyəti ağır qiymətləndirilir. Anar Qarayev şübhəli şəxs qismində saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir. Alı Əsədov (zərərçəkənin qohumu): "1 bıçaq zərbəsi vurub. Hələ məlum deyil ki, nə üçün vurub. Uşaq komadadı. Həmin bıçağı vurduqdan sonra avtomobilinin 4 şinini də həmin bıçaqla partladıb ki, ilkin tibbi yardıma gedə bilməsin. yardım olunmasın. Məqsəd yəqin ki, öldürmək olub”. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: qızını evdə oğlanla tutan atanı vəhşicəsinə döyüb, bıçaqladılar
Göygöl rayonunda bıçaqlanma faktı qeydə alınıb. Çaykənd kənd sakini 49 yaşlı Budaq Abdullayev döş qəfəsinin və qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası il...