Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb

Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb
Foto
Hadisə 343

"Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücülərdən biri sərxoş olub və onun avtomobil idarəetmə hüququ olmayıb".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Tövlə kəndində baş verən hadisədə VAZ-2101 markalı, 27-BT-834 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Aqsif Yaşar oğlu Qəribli sükan arxasında sərxoş vəziyyətdə olub və onun avtomobil idarə etmə hüququ olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Hadisənin baş verməsində günahkar tərəfin kimliyini istintaq müəyyən edəcək.

BDYPİ bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır",- deyə M.Ağayev bildirib.

*** 10:52

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2101" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2106"da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər