Qazaxda bir ailə zəhərlənib

Qazaxda bir ailə zəhərlənib
Hadisə 60

Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə şərti olaraq "SU-15" adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb.

Həmin ərazidə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər