Azərbaycanda 10 nəfər dəm qazından zəhərləndi
Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənddə yaşayan bir ailənin üzvləri -1989-cu il təvəllüdlü Mehralıyeva Günel Bəxtiyar qızı, 1990-cı il təvəllüdlü Səfərova Aygün Bəxtiyar qızı, 2007-ci il təvəllüdlü Teymurova Təranə Taleh qızı, 2010-cu il təvəllüdlü Teymurova Yağmur Taleh qızı, 2015-ci il təvəllüdlü Teymurova Mehrab Taleh oğlu, 1995-ci il təvəllüdlü Səfərov Məhin Zeynal oğlu, 2019-cu il təvəllüdlü Səfərova İnci Məhin qızı evdə yatdıqları zaman dəm qazından zəhərləniblər.
Özlərini halsız hiss edən ailə üzvləri Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Digər hadisə zamanı isə ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Hadisə rayonun Qaraçala qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Abdullayeva Nuranə Şahin qızı, onun övladları, 2010-cu il təvəllüdlü Abdullayev Murad Əhməd oğlu, 2016-cı il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu hamamda çimərkən dəm qazından zəhərləniblər.
Ana və övladları Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda iki gəlinin faciəsi
Qobustanda bir ailənin iki gəlini dəm qazından boğulub.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində baş verib.Kənd sakinləri 19...