Qardaşını anasının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxundu

Qardaşını anasının gözü qarşısında qətlə yetirən şəxsə hökm oxundu
Hadisə 102

Tərtərdə qardaşını öldürməkdə təqsirləndirilən Sədi Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlasıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Sədi Əliyevə verilmiş ittiham üzrə maddə 120.1-ci maddəyə tövsif olunaraq ona 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunda baş verib. Tərtər Rayon Prokurorluğunun yaydığı məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi faktı ilə bağlı prokurorluğa məlumat daxil olub.

İbtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyevlə aralarında yaranmış mübahisə zamanı sonuncunu analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər