"Qarabağ"ın oyununa az qalmış biabırçı görüntülər (VİDEO)

Qarabağın oyununa az qalmış biabırçı görüntülər (VİDEO)
Video
Hadisə 3837
“Qarabağ” – “Kopenhagen” matçında Ağdam klubunun qələbəsi nə qədər sevindirdisə də, azarkeşlərin stadionu və ətrafını zibilləməsi bir o qədər yadda qaldı. BAKU.WS-in məlumatına görə, dünəndən bəri sosial şəbəkələrdə oyunu izləməyə gedən insanların ətrafını su butulkaları, sellafonlarla zibilləməsinin fotoları və videoları yayılır. Həmin videolardan birində görünür ki, Tofiq Bəhramov adına Respublika stadionunun qarşısına toplaşan azarkeşlər yanlarında zibil qutuları olsa da əllərindəki yararsız əşyaları yerə atıblar. Həmin videonu sizə təqdim edirik. BAKU.WS

Son xəbərlər