PAOK azarkeşlərinin "Qarabağ"la matçdan sonra etdiyi tərbiyəsizlik - VİDEO

PAOK azarkeşlərinin Qarabağla matçdan sonra etdiyi tərbiyəsizlik - VİDEO
Video
İdman 5247

Oktyabrın 20-i Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları start götürüb. 

Xəbər verdiyimiz kimi, "Qarabağ” Bakıda Yunanıstan təmsilçisi PAOK-la görüşüb. Tofiq Bəhramov adına respublika stadionunda PAOK-u qəbul edən Ağdam klubu 2-0 hesabı ilə inamlı qələbə qazanıb.  

Musavat.com xəbər verir ki, yunan azarkeşlər məğlubiyyəti həzm edə bilməyiblər. PAOK klubunun baş məşqçisi Vladimir İviçin "Biz bunu gözləmirdik" dediyi kimi, azarkeşlər də bu hesabı gözləmirmiş. Yəqin bu səbəbdəndir ki, 15-20 nəfərdən ibarət yunan azarkeşlər matçın sonunda aqressiv hərəkətlər ediblər. 

Azarkeşlər əvvəlcə onlara dəstək üçün təşəkkür etmək istəyən PAOK futbolçularını təhqir ediblər. Ardından isə eyni azarkeşlər fotoqrafları təhqir etməyə başlayıblar. 

Əxlaqsız əl hərəkətləri və ingilis dilində təhqirlərlə məğlubiyyətin acısını çıxmağa çalışan PAOK azarkeşləri bununla da yetinməyib fotoqraflara alışqan atıblar. Fotoqraflar isə onların bu hərəkətlərinə rəğmən öz peşə borclarını yerinə yetirməyə davam edib, bu durumu gülüşlə qarşılayıblar. 

Həmin anların videogörüntülərini sizlərə təqdim edirik:

BAKU.WS

Son xəbərlər