"Qalatasaray"ın keçmiş qapıçısı intihara cəhd etdi

Qalatasarayın keçmiş qapıçısı intihara cəhd etdi
Hadisə 1019

 

Kolumbiya yığmasının sabiq qapıçısı Fərid Mondraqon intihara cəhd edib.

BAKU.WS-in məlumatına görə, 44 yaşlı futbolçu ağır vəziyyətdə Kolumbiyanın Kalinin şəhər xəstəxanasına çatdırılıb. Hazırda onun həyatı təhlükəsi sovuşub. Mondraqon yüksək dozada antidepressant qəbul edərək özünə qəsd etməyə çalışıb. 

Hadisədən əvvəl qapıçı öz rəsmi Instagram səhifəsindən mesaj paylaşıb: "Yalnız mən öz həyatımı mühakimə edə bilərəm. Amma mən artıq bundan yoruldum". Sabiq qapıçısı daha sonra bu yazını öz səhifəsindən silib. 

Xatırladaq ki, Fərid Mondraqon Braziliya futbol tarixinin ən yaşlı qapıçısı kimi tarixə düşüb. O, Türkiyənin "Qalatasaray" klubunun da formasını geyib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər