Gözəl seçilmədiyi üçün özünü öldürmək istədi
Qız Brazilyada keçirilən "Ən gözəl omba" yarışmasında qalib olmadığı üçün intihara cəhd edib.
BAKU.WS məlumat verir ki, Braziliyada keçirilən ən gözəl ombalı qadının seçildiyi "Miss Bumbum" gözəllik yarışması tragedik sonluqla bitib. Bu il yarışmaya qatılan 27 iştirakçıdan biri olan 21 yaşlı Fernanda Paulino üçün yarışma heç də gözəl təəssüratla bitməyib.
"DailyMail" qəzetinin xəbərinə görə, Paulino yarışmada finala qalmadığı üçün intihara cəhd edib. Yüksək dozada dərman qəbul edən Paulino, evdə huşunu itirmiş halda tapılıb. Dərhal xəstəxanaya çatdırılan gənc qadının mədəsi yuyulub. Hazırda Paulinonun səhətinin yaxşı olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda özünü 15-ci mərtəbədən atmaq istəyən şəxs əmisindən şikayətçi imiş
Bakının Yasamal rayonunda intihara cəhd edən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, özünü 17 mər...