Ağcabədidə İcra Hakimiyyətilə problemi olan 3 nəfər intihara cəhd etdi (VİDEO)

Ağcabədidə İcra Hakimiyyətilə problemi olan 3 nəfər intihara cəhd etdi (VİDEO)
Video
Hadisə 1736

Ağcabədi rayonunda 3 nəfər özünü öldürməyə cəhd edib.  BAKU.WS-in məlumatına görə, onlar yaşayış binasının damına çıxıblər və özlərini oradan atmaq istəyiblər. Fövqəladə Hallar Nazirliyindən BAKU.WSS-ə verilən məlumata görə, nazirliyin xilasediciləri hadisə yerinə gedib və hər 3 şəxsi aşağı düşürə bilib. Xilasedicilər intihara cəhd edənləri aidiyyatı üzrə təhvil veriblər. Hadisə şahidləri bildiriblər ki, özünü öldürmək istəyən şəxslər Ağcabədi rayon İcra Hakimiyyəti və nümayəndəliklə problem yaşadıqları üçün özlərinə qəsd etmək istəyiblər. Lakin intiharı dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq. Ziya Babayev BAKU.WS  

Son xəbərlər