Prezidentliyə namizəd Hafiz Hacıyev: Mənə qarşı ağır sözlər işlədirlər
28
mar
2018
15:08
Prezidentliyə namizədliyini irəli sürən, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev televizyadakı çıxışlarından sonra, ölümlə hədələndiyini bildirib.Bununla bağlı BAKU.WS-nın əməkdaşı Hafiz Hacıyevlə əlaqə saxlayıb.Hafiz Hacıyev açıqlamasında bildirib ki: “Çıxışımdan sonra məni təqib edirlər, təhqir edirlər, anonim zənglər edirlər. Mənə qarşı ağır sözlər işlədirlər. Hətta məni ölümlə təhdid edirlər. Danışma yoxsa səni öldürəcəyik deyirlər. Amma təbii ki, belə şeylərə fikir vermirəm. Təhlükəsizliyimi gücləndirmişəm, düşünürəm ki özümü qorumağı bacarıram və bacaracağam da. Belə halların bundan sonra da baş verəcəyini düşünürəm. Bunlar bir qrup cinayətkar insanlardır. Hansı ki, mən onların iç üzünü açdığım üçün onlar bu yollara əl atırlar. Hər halda bu bizi öz yolumuzdan döndərə bilməz. Mən fikirlərimi həmişə axıra kimi deyəcəyəm. Hər kəs bilir ki, mən millətimin, xalqımın yanındayam. Dövlətimi və dövlətçiliyimi qoruyan bir insanam”.Özünüzü qorumaq üçün cangüdən gəzdirirsiniz sualına isə Hafiz Hacıyev belə cavab verib:“Mən özümü qorumağa qadirəm, yanımda isə müəyyən güvənilir insanlar var”.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Prezident seçkilərində namizədlərin qeydə alınması başa çatıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demo...