Daha 7 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib
17
fev
2018
17:21
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.APA-nın xəbərinə görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri qeydə alınıb.Sonda cari məsələlərə baxılıb.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev üçün imzatoplama başladı
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyin...