Prezident generalı əfv etdi

Prezident generalı əfv etdi
Hadisə 12160
 

Azərbaycanın Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin sabiq rəisi, ömürlük məhkum Zakir Nəsirovun cəzası yüngülləşdirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Nəsirov Zakir Əsəd oğlunun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. 

General-mayor Zakir Nəsirov Azərbaycan ərazisində insan oğurluğu və qətli ilə məşğul olan cinayətkar dəstənin zərərsizləşdiririməsi üzrə keçirilən xüsusi"Qara kəmər" əməliyyatı nəticəsində həbs edilmişdi. O, artıq cəza müddətinin 12 ildən çoxunu (ümumi müddətin 2/3-ni) çəkdiyi üçün, şərti olaraq vaxtından əvvəl azadlığa çıxır.

BAKU.WS

Oxşar xəbərlər

Milli Məclis Amnistiya aktını qəbul etdi: 3500 məhbus azadlığa çıxacaq

Milli Məclis Amnistiya aktını qəbul etdi: 3500 məhbus azadlığa çıxacaq

Bu gün Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təşəbbüskarı olduğu "28 May – Respublika Günü münasibət...

1472 Siyasət 13:45 20 may 2016

Son xəbərlər