Polis Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb
14
apr
2018
17:24
Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.Bakı Şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 14-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.İdarənin rəis müavini, polis general-mayoru Səhlab B...