Piyadanı vurub qaçan sürücü tutuldu
Şəmkir rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Bu barədə Şəmkir rayon Polis Şöbəsi və prokurorluğundan BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, dekabrın 14-də, saat 07 radələrində Bakı-Qazax yolunun Şəmkir şəhər ərazisindən keçən hissəsində naməlum sürücünün idarə etdiyi avtomobillə yolun kənarı ilə hərəkətdə olan piyada 1964-cü il təvəllüdlü Şıxməmmədov Telman Firuddin oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “VAZ-2106” markalı 32-BA-308 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1994-cü il təvəllüdlü Mustafayev İsmət Şükür oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İsmət Mustafayev dekabrın 18-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü polis və prokurorluq əməkdaşları tərəfindən həyata ke...