Bu şəxs özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul alır - XƏBƏRDARLIQ

Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.
BAKU.WS xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında paylaşım edib.
“Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”, - deyə o qeyd edib.
E. Babayev xəbərdarlıq edərək bildirib ki, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir, geyim tərzini də Mirzə Babayevinkinə bənzətməyə çalışır:
“Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.
O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...
