Orden alanlar arasında ildırım vurması nəticəsində həlak olan hərbçilər də var
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər arasında mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev də var.
Hər iki şəxs 2024-cü il 9 iyul tarixində DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.
Fotoda mayor Baxış Baxışlı
Fotoda əsgər Əli Nağıyev
Oxşar xəbərlər
KMBİ dövlət qulluqçularının və hüquq-mühafizə orqanlarının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələrini ifşa edib
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları v...