Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi
07
okt
2026
14:25
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib və sədrin vəzifədən azad edilməsi məsələsinə baxılıb.
Qərara əsasən, Qəzənfər Abdullayev vəzifəsindən azad edilib. Sədr vəzifəsinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.
Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı mandatından məhrum edilib.
Oxşar xəbərlər
Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 6-da keçirilən hərracda 12 nəqliyyat vasitəsi satılıb. Dövlət Xidmətindən bi...