Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.
Komanda son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib. Yığma yoldaşlıq oyununda Tacikistanı 1 cavabsız qolla üstələyib. UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edən kollektiv Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb.
Milli son olaraq Litvaya Bakıda qalib gəlib - 1:0.
Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir. Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır.
Oxşar xəbərlər
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb. Bu barədə BAKU.WS-ə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat...