Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi

Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi
Video
Hadisə 59

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Lada Granta" markalı minik avtomobili və "Daewoo" markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və "Lada Granta" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində vətəndaşın deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü Elçin Qədim oğlu Qədimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər