Oğuzda ev quşları kütləvi tələf olub
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub, sakinlərə maddi ziyan dəyib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, quşlar arasında təlafat noyabr ayının sonundan etibarən başlayıb və bir həftə müddətində adıçəkilən kəndlərin əksər ərazilərində yayılıb.
Axşam yemlədikləri toyuq-cücəni səhər tələf olmuş vəziyyətdə aşkar edən sakinlərin əksəriyyətinə 1500 - 2 min manat dəyərində maddi ziyan dəyib. Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, kütləvi tələfat hallarının qarşısını almaq mümkün olmayıb. Zərərçəkənlər bildiriblər ki, belə halla ilk dəfədir qarşılaşırlar.
Məsələyə dair Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, hazırda quşların təlafatı ilə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Oğuz rayonunun Yaqublu və Yenikənd kəndlərində 2 mindən çox toyuq, 1000-ə yaxın hindquşu və 100-ə qədər qaz hələ ki bilinməyən xəstəlikdən tələf olub.
Qalereya
Oxşar xəbərlər
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV-nin məlumatına gö...