Odessa yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi PUA hücumuna məruz qaldı
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç pilotsuz uçuş aparatı ilə hücum edilib.
Bildirilib ki, hücum nəticəsində gəmi ciddi zədələnib və hazırda Rumıniya sahilləri istiqamətində hərəkət edir.
Qeyd olunub ki, gəminin heyəti 13 nəfərdən ibarətdir. Onlardan 12-si Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.
İlkin məlumata əsasən, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir n...