"Nurgun Motors"un rəhbərinin oğlu həbs edildi (VİDEO)
07
noy
2017
12:04
Nəsimi rayon Məhkəməsində Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, o, 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib."İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək polis əməkdaşını vurub.BAKU.WS
Oxşar xəbərlər
"Nurgün Motors"un prezidentinin polisi vuran oğlunu hansı cəza gözləyir? (VİDEO)
Bakıda Yol Patrul Xidmətinin əməkdaşını təhqir edən və ona yumruq zərbəsi endirən "Nurgün Motors"un prezidentinin oğlu Nurxan Əliyevin ala biləcəyi cəza məlum o...